Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Afinada güclü fırtına

 

 

Yunanıstana güclü fırtına gəlib. Fırtına özü ilə güclü və aramsız yağış da gətirib. Ən çox ziyan ölkənin paytaxt regionuna dəyib. Afinada onlarca evin birinci mərtəbəsi su altında qalıb. Küçələr çaya dönüb. Bir neçə avtomobili sel aparıb. Nəqliyyatın hərəkəti iflic olub.

Oxşar hadisə İon adalarında və Egey dənizində də olub. Xilasedicilər əhalini təbii fəlakət zonalarından evakuasiya etmək üçün vertolyotları hazırlayıblar.

Hökumət nümayəndələri bildiriblər ki, çətin hava şəraiti infrastruktur və insan həyatı üçün çox təhlükəlidir.

Meteoroloqların proqnozlarına görə, əlverişsiz və çətin hava şəraiti hələ bir neçə gün davam edəcək. Ölkəyə xeyli maddi ziyan dəyib. Hələlik həlak olanlar və xəsarət alanlar haqqında məlumat verilmir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

16 Oktyabr 2021 00:51 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Noyabr 2021 | 11:12
Yeni ştamm aşkarlanıb
26 Noyabr 2021 | 11:12
Məcburi vaksinasiya

Köhnə versiyamızdan xəbərləri izlə