Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İctimai Televiziya və Radio Yayımları Şirkəti kəsintisiz qida mənbəyinin ehtiyat hissələrinin və illik servis xidmətlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

 

 

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalı­na (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olma­lıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 100 manatdır.

İştirak haqqı heç bir halda geri qayta­rılmır.

Təşkilatın adı - İctimai Televiziya və Radio Yayımları Şirkəti

Bankın adı - “Kapital Bank” ASC-nin 1 saylı Nəsimi filialı

Kod - 200112

VÖEN - 9900003611

Mh - AZ­37NABZ01350100000000001944

S.W.İ.F.Т. - АIIBАZ2X

H/h - AZ11AI­IB33010019441102259111

VÖEN - 2000435761

İddiaçılar tenderdə iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (forma 2) (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalı və tender təklifinin ümumi qiymətinin 1 (bir) faizini təşkil еtməlidir).

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması barədə arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının tam adı, hüquqi statu­su, nizamnaməsinin surəti, qeydiyyat­dan keçdiyi ölkə və rekvizitləri( hüquqi sənədlər notarial təsdiqlə);

- iddiaçının ixtisasına aid məlumatlar (forma 3) (təsdiqedici sənədlər doldurul­muş forma 3-ə əlavə olunmalıdır);

- işlərin keyfiyyəti barədə zəmanət (forma 4).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağ­lı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender pro­seduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 3 noyabr 2021-ci il saat 11.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 15 noyabr 2021-ci il 15.00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.

İddiaçıların təklifləri 16 noyabr 2021-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prose­durlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

16 Oktyabr 2021 00:43 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
26 Noyabr 2021 | 10:34
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə