Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“AZƏRİSTİLİKTƏCHİZAT” ASC-nin 2020-ci il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabatı

“Azəristiliktəchizat” ASC-nin rəhbərliyinə!

MÜSTƏQİL AUDİTORUN HESABATI

Rəy

Mən, sərbəst auditor Aydın Həsən oğlu Hüseynov “Azəristiliktəchizat” ASC ilə (“Azəristiliktəchizat” ASC) auditor xidməti göstərilməsi barədə 22 iyul 2021-ci il tarixli M-8306 MHA nömrəli müqaviləyə əsasən cəmiyyətin 2020-ci il dekabrın 31-nə konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatdan, məcmu gəlirlər haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatdan və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, konsolidə edilmiş maliyyə hesabatlarına edilən qeydlərdən ibarət konsolidə olunmuş maliyyə hesabatlarının auditini aparmışam. Rəy audit.gov.az saytında 2021-ci il oktyabrın 6-da DcdqrtomRh kodla qeydiyyata alınmışdır.

Məncə, əlavə edilmiş konsolidə olunmuş maliyyə hesabatları “Azəristiliktəchizat” ASC-nin 2020-ci il dekabrın 31-nə konsolidə edilmiş maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixlərdə başa çatan illər üzrə pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Rəy üçün əsaslar

Mən auditi Beynəlxalq Audit Standartlarına (BAS-lara) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətim əlavə olaraq hesabatımın “Maliyyə hesabatla­rının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mən Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının Peşəkar Mühasiblər üçün müəyyən etdiyi “Etika Məcəlləsinin” (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq “Azəristiliktəchizat” ASC-dən asılı deyiləm və mən digər etik öhdəliklərimi IESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişəm. Məncə, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

Konsolidə edilmiş maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi sub­yektin idarə olunmasına cavabdeh səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik konsolidə edilmiş maliyyə hesabatlarının, Maliyyə Hesabatları­nın Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmasına, düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda rəhbərlik “Azəristiliktəchizat” ASC-ni ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən baş­qa münasib alternativ yaranmadığı halda, “Azəristiliktəchizat” ASC-nin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə rəhbərlik məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər “Azəristiliktəchizat” ASC-nin konsolidə edilmiş maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyırlar.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim konsolidə edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına aid kafi əminlik əldə etmək və rəyimə daxil olan auditor hesabatını tərtib etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun aparılmış audit onu həmişə aşkarlasın. Təhriflər, dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu olaraq, istifadəçilərin konsolidə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmək ehtimalı yarandığı halda, əhəmiyyətli hesab olunur.

Mən həmçinin “Azəristiliktəchizat” ASC-nin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bildirirəm ki, müstəqilliyə və müstəqilliyimə təsir etməsi əsaslandırılmış şəkildə güman olunan bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq şəkildə əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimə aid müva­fiq etik normalara riayət etmişəm.

“Azəristiliktəchizat” ASC-nin idarə edilməsinə cavabdeh səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən mən cari dövr üzrə konsolidə edilmiş maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyənləşdirirəm. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qayda­larla yol verilmədiyi halda, yaxud çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat verməyin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olaca­ğı əsaslandırılmş şəkildə güman edildiyinə görə mən bu məsələ haqqında hesaba­tımda məlumatın verilməməsini qərara almadığım halda, mən bu məsələləri auditor hesabatında təsvir edirəm.

Hesabat 2021-ci il oktyabrın 6-da eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmiş­dir. Bunlardan biri “Azəristiliktəchizat” ASC-nin rəhbərliyinə təqdim olunur, ikincisi isə sərbəst auditorda saxlanılır.

Sərbəst auditor -Aydın Həsən oğlu Hüseynov

Azərbaycan Respublikası, Bakı şəhəri

6 oktyabr 2021-ci il.

16 Oktyabr 2021 00:41 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
2 Dekabr 2021 | 08:06
ELAN
2 Dekabr 2021 | 07:57
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:56
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:56
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:55
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə