Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Zəngin hövzələr” layihəsi çərçivəsində nərə balıqları Kür çayına buraxılıb

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə oktyabrın 15-də Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş “Zəngin hövzələr” layihəsi çərçivəsində nərə balıqlarının suya buraxılması mərasimi olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və IDEA İctimai Birliyinin rəsmilərinin, könüllülərin, məktəblilərin iştirakı ilə keçirilən tədbir zamanı akvakultura şəraitində yetişdirilmiş 10 min nərə balığı Kür çayına buraxılıb, həmçinin zavodun ərazisində ağacəkmə aksiyası keçirilib.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlum olduğu kimi, son onilliklər ərzində Xəzər dənizinin nadir balıq növlərinin populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri, çirklənmə, qaçaqmal­çılıq və həddən artıq ovlan­ma nəticəsində məhvolma təhlükəsi həddinə çatıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi, Eko­logiya və Təbii Sərvətlər Na­zirliyi və Böyük Britaniyanın “Mavi Dəniz Fondu” (BLUE) tərəfindən davamlı olaraq birgə mühafizə, bərpa və icti­mai maarifləndirmə tədbirləri həyata keçirilir.

"Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populya­siyasının artırılması, daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Ötən ilin may ayında start verilmiş layihə çərçivəsində indiyədək ümumilikdə 3 milyona yaxın müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb.

"Xalq qəzeti"

15 Oktyabr 2021 23:34 - EKOLOGİYA
EKOLOGİYA
26 Noyabr 2021 | 18:08
Sabahın HAVA PROQNOZU
25 Noyabr 2021 | 18:12
Sabahın HAVA PROQNOZU
24 Noyabr 2021 | 18:03
Sabahın HAVA PROQNOZU
23 Noyabr 2021 | 18:11
Sabahın HAVA PROQNOZU
22 Noyabr 2021 | 18:04
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə