Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sentyabrda icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayı açıqlanıb

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin sentyabr ayı ərzində 58 şəhər və rayonda 394 063 vətəndaşa 1 744 700 tibbi xidmət göstərilib.

Agentlikdən bildirilib ki, bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 624 722 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 575 587-si ambulator, 169 113-ü isə stasionar şəraitdə göstərilib.

Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, tənəffüs sistemi xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, gözün və gözün əlavə aparatının xəstəlikləri, habelə zədələr və zəhərlənmələr ilə bağlı olub.

Məlumat üçün bildirək ki, bütün ölkə üzrə sentyabr ayı ərzində 615 289 nəfərə 995 667 müraciət üzrə 2 586 220 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 2 211 137-si ambulator, 375 083-ü isə stasionar şəraitdə göstərilib.

Bu ilin yanvar-sentyabr ayları ərzində isə bütün ölkə üzrə 3 189 704 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 15 793 776 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 12 477 083-ü (79%) 18 yaşdan yuxarı, 3 316 693-ü (21%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

Bundan başqa, hesabat dövrü müddətində 58 şəhər və rayon üzrə 2 200 061 vətəndaşa 5 157 266 müraciət üzrə 11 721 223 tibbi xidmət göstərilib.

Qeyd olunub ki, bu ilin sentyabr ayı ərzində Bakı TƏB-i üzrə 184 917 və Sumqayıt TƏB-i üzrə 42 339, vətəndaşa ümumilikdə 841 520 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 370 945 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 635 550-si ambulator, 205 970-i isə stasionar şəraitdə göstərilib.

"Xalq qəzeti"

.

15 Oktyabr 2021 11:17 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə