Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyada maksimal yoluxma

 

 

Son sutka ərzində Rusiyada maksimal yoluxma qeydə alınıb. Rusiya Federal Operativ Qərargahının məlumatına görə, son 24 saat ərzində ölkədə 31 min 299 nəfər koronavirus infeksiyasına yoluxub. Bu, bütün pandemiya dövründə ən yüksək göstəricidir. 21 min 801 nəfər sağalıb. 986 nəfər COVID–19 virusunun qurbanı olub. Artıq üç sutkadır ki, Rusiyada rekord ölüm halları qeydə alınır.

 

Son sutka ərzində paytaxt Moskvada maksimal yoluxma ( 6712 nəfər) qeydə alınıb. Bu Rusiya paytaxtında pande­miya dövründə ən yüksək göstəricidir. Pandemiya başlanandan indiyədək Moskvada 1,6 milyon nəfər koronavirus infeksiyasına yoluxub. Sankt-Peterburq şəhərində isə 2345 nəfər COVID–19 virusuna yoluxub.

Pandemiya başlanandan indiyədək Rusiyada 7 milyon 892 min 980 nəfər COVID–19 virusuna yoluxub. 6 milyon 937 min 756 nəfər sağalıb, 220 min 315 nəfər koronavirus infeksiyasının qurbanı olub.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

15 Oktyabr 2021 00:26 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə