Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 310 Bakı şəhəri, 14 oktyabr 2021-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2011, № 10, maddə 977; 2018, № 12 (II kitab), maddə 2740) ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “II. “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə” hissəsinin “030219 İnformasiya-kommunika­siya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti” ixtisas qrupuna “Kompüter operatoru” ixtisasından sonra “Qrafik dizayner”, “Kompüter şəbəkə inzibatçısı”, “İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” ixtisasları və həmin ixtisas qrupundan sonra aşağıdakı məzmunda “030220 Kosmetologiya” ixtisas qrupu əlavə edilsin:

030220

Kosmetologiya

Kosmetoloq, texnik

Kosmesevt

 

Masajist

 

 

2. “III. “Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı” peşə istiqaməti üzrə” hissəsinin “030321 Ağac emalı qurğuları, mebel sənayesi, ağac məmulatları və yarımfabrikatların hazır­lanması” ixtisas qrupuna “Kağızhazırlayan (kartonhazırlayan) maşınların quruducusu” ixtisasından sonra “Mebel ustası” ixtisası əlavə edilsin.

3. “VI. “Aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri” peşə istiqaməti üzrə” hissəsinin “030624 Avtomobillərin təmiri - sürücülük” ixtisas qrupuna “Avtomobil sürücüsü” ixtisasından sonra “Avtomobil diaqnostikası və təmiri ustası” ixtisası əlavə edilsin.

4. “VIII. “İlkin tələbat və ərzaq mallarının texnologiyası” peşə istiqaməti üzrə” hissəsinin “030812 Yeyinti məhsulları istehsalı avadanlıqları” ixtisas qrupuna “Tomat və tərəvəz konservləri hazırlayan usta” ixtisasından sonra “Üzümçülük və şərab ustası” ixtisası əlavə edilsin.

5. “IX. “İnşaat və arxitektura” peşə istiqaməti üzrə” hissəsinin “030913 İnşaatda sanitar-texniki sistemlərin hissə və qovşaqları” ixtisas qrupuna “Texnoloji boru kəmərlərinin hissə və qovşaqlarının hazırlanması üzrə çilingər” ixtisasından sonra “İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıq­ları üzrə montajçı” ixtisası əlavə edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

15 Oktyabr 2021 00:12 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə