Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 308         Bakı şəhəri, 13 oktyabr 2021-ci il

“İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehti­yatının) formalaşdırılması və istifadə Qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurs­larının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi”nin təsdiq edilməsi haqqında

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanu­nunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Preziden­tinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının 1.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası­nın Nazirlər Kabineti qərara alır:

1. “İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehti­yatının) formalaşdırılması və istifadə Qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiya­tına) inteqrasiya edilməli olan infor­masiya sistemlərinin və resurslarının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, apa­rılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq icbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatı­nın) aidiyyəti dövlət informasiya ehtiyat­ları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

15 Oktyabr 2021 00:11 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə