Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 305    Bakı şəhəri, 12 oktyabr 2021-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 34 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 189; 2015,
№ 4, maddə 454, № 5, maddə 618; 2018,
№ 5, maddə 1130) ilə təsdiq edilmiş “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 5.2.2-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.2.3-cü yarımbənd əlavə edilsin:
“5.2.3. xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən mal qızıl və ya gümüş olduqda, həmin malları külçə, sikkə və ya qranul şəklində ölkəyə təkrar idxal edən “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeyd edilən metallara münasibətdə faydalı qazıntıların çıxarılması üzrə yer təkindən istifadə hüququ verilmiş şəxslərə.”.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

14 Oktyabr 2021 23:15 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə