Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AFFA “Sumqayıt”a texniki məğlubiyyət verib, hakimi təhqir edənləri cəzalandırıb

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Xalq qəzeti" xəbər verir ki, komitə aşağı yaş qrupu üzrə çempionatlarda, eləcə də futzal matçlarında baş vermiş neqativ halları müzakirə edib.

Gənclər Liqasının “Qarabağ” – “Sumqayıt” oyununda ikincilər limiti pozduğu üçün texniki məğlubiyyət (0:3) alıb.

U-17 Liqasının “Neftçi” PFK – “Neftçi” İK İB matçında qonaq komandanın baş məşqçisi Ramin Babayev, “Kəpəz” – “Qəbələ” qarşılaşmasında isə gəncəlilərin futbolçusu Nihad Qəribov hakimi təhqir etdiyinə diskvalifikasiyaya məruz qalıb. Babayev 5, Qəribov isə 4 matçı buraxmalı olacaq.

Eyni hal futzal üzrə ikinci liqada da yaşanıb. “Hövsan”la görüş bitdikdən sonra hakimləri təhqir edən “Zülfüqar”ın oyunçusu Vüsal Məmmədov 4 oyunda iştirak etməyəcək. Oyun yarımçıq dayandırıldığı üçün “Zülfüqar”a 0:5 hesablı məğlubiyyət verilib.

14 Oktyabr 2021 17:45 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə