Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Latviyalı rəssamların sərgisi

 

 

Bakıda Latviyanın tekstil rəngkarlığı üzrə tanınmış rəssamları İrisa Blumayte və İveta Besenanenin “All in Two” adlı sərgisi açılacaq.

Latviyanın Azərbaycandakı səfirliyindən bildirilib ki, no­yabrın 15-dək fəaliyyət göstərəcək sərgidə hər iki sənətkarın toxuculuq sənətinə dair düşüncələrə, həmin sənətdəki dəyişikliklərə həsr olunmuş əsərləri təqdim olunacaq.

“Tekstil rəngkarlığı daim Latviya mədəniyyətinin məxsusi parçası, milli incəsənətinin ən çox sevilən istiqamətlərindən biri olub. Bu sənət əsrlər boyu təşəkkül tapmış xalq incəsənətinə əsaslanan dərin tarixi ənənələrə malikdir”, – səfirliyin məlumatında qeyd olunur.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

13 Oktyabr 2021 23:51 -
27 Oktyabr 2021 | 04:28
Ukraynada yeni antirekord

Köhnə versiyamızdan xəbərləri izlə