Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Viktoriya Nuland: Rusiya XİN-də görüş konstruktiv keçib

 

 

ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandla təmaslar vacib idi və vaxtında aparıldı. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. Məlumatı “İzvestiya.ru” verib.

O, jurnalistlərlə söhbətində bildi­rib: “Danışıqların nəticəsini XİN şərh edəcək. Biz deyə bilərik ki, bu təmaslar lazım idi. Dərhal hansısa dönüş xarak­terli razılaşmalar əldə etmək mümkün olmur. Yəqin ki, bu çətindir”.

Peskovun sözlərinə görə, baş tutmuş təmaslar Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Co Bayden arasında əldə olunmuş razı­laşmalara uyğun, “Cenevrə ruhunda” keçirilib: “Artıq sabitlik və silahlara nəzarət məsələləri üzrə bir neçə görüş keçirilib. Kibertəhlükəsizlik üzrə də məsləhətləşmələr aparılıb. Bu, bi­zim münasibətlərin pozitiv inkişafını göstərir”.

Qeyd edək ki, Moskva görüşlərindən sonra Nulandın özü də bəyan edib ki, Rusiya XİN başçısının müavini Sergey Ryabkovla danışıqlar konstruktiv olub. Ancaq Ryabkov Rusiya və ABŞ diplo­matik missiyalarının fəaliyyəti ilə bağlı xüsusi bir tərəqqiyə nail olunmadığını bildirib. Hətta iki ölkənin bu məsələ üzrə münasibətləri gələcəkdə daha da gərginləşə bilər.

Rusiya XİN-in görüşlə bağlı məlumatında isə deyilir ki, ölkələr arasında münasibətlərin vəziyyəti və perspektivləri müzakirə olunub. Tərəflərin bir-birinin maraqlarını nəzərə almasının vacibliyi qeyd edilib.

Rusiyalı senator Aleksey Puşkov da danışıqların konstruktivliyinə şübhə ilə yanaşdığını qeyd edib. Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti tərəqqi görüntüsü yaratmağa çalışsa da, bunu görmürük.

Dövlət Departamentinin məlumatında isə bildirilir ki, tərəflər diplomatik missiyaların fəaliyyətinin müzakirəsi üçün daha bir görüş keçirəcəklər.

Amma Ağ evin mətbuat katibi Cen Psaki deyib ki, Nulandın Rusiya dövlət idarələrinin nümayəndələri ilə görüşü konstruktiv olub.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

13 Oktyabr 2021 23:50 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Oktyabr 2021 | 06:14
600 milyon avro kredit
27 Oktyabr 2021 | 05:43
Yeni paytaxt salınır
27 Oktyabr 2021 | 05:02
“Facebook”un gəliri artıb
27 Oktyabr 2021 | 04:09
Sabiq prezident vəfat edib

Köhnə versiyamızdan xəbərləri izlə