Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın Müdafiə naziri Ukraynaya səfər edəcək

ABŞ-ın Müdafiə naziri Lloyd Ostininin Avropaya qarşıdakı turnesi çərçivəsində Ukraynaya səfər edəcəyi barədə xəbərlər öz təsdiqini tapıb. Bu barədə məlumatı UNİAN agentliyi Pentaqonun mətbuat katibi Con Kirbiyə istinadən yayıb.

 

Qeyd edək ki, bu, Lloyd Ostinin Ukraynaya ilk səfəridir. C.Kirbi bildirib ki, amerikalı nazir və onun ko­mandası Avropa turnesi üçün hazırlıq işləri görür.

ABŞ-ın Müdafiə naziri Ukraynadan başqa Gür­cüstan və Rumıniyanı da ziyarət edəcək. Nazirin Avropaya turnesi NATO-nun üzv ölkələrinin müdafiə nazirlərinin bu il oktyabrın 21-22 tarixlərində Brüsseldə keçiriləcək görüşündə iştirakı ilə başa çatacaq.

UNİAN agentliyi həmçinin bildirir ki, ABŞ-ın Müdafiə nazirinin gələn həftə Ukray­naya gələcəyi gün hələlik dəqiqləşdirilməyib. Lloyd Ostinnin Kiyevdə kimlərlə görüşəcəyi də bəlli deyil.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu ilin sentyabrında Vaşinqto­na işgüzar səfəri zamanı Ağ evdə Prezident Co Bayden və bir sıra digər rəsmilərlə, o cümlədən ABŞ-ın Müdafiə naziri ilə görüşüb. Ukrayna lideri amerikalı naziri ölkəsinə dəvət edib. Lloyd Ostin V.Zelenskiyə onun ölkəsinə səfər edəcəyini vəd edib.

Siyasi təhlilçilər hesab edirlər ki, rəsmi Kiyevin Pen­taqonun şefinin Ukrayanaya gəlişinə böyük önəm verməsi Ukrayna hökumətinin iki ölkə arasında hərbi sahədə əməkdaşlığı daha da gücləndirmək niyyətindən qaynaqlanır.

2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqı və sonrakı dönəmdə Donbas­da rusiyapərəst separatçı qüvvələrlə artıq bir neçə ildir davam edən silahlı münaqişə Ukraynanın özünün müdafiə qabiliyyətini gücləndirməyə sövq edir.

Yeri gəlmişkən, Lloyd Ostin ABŞ-ın Dövlət katibi Entoni Blinkendən sonra Uk­raynaya səfər edəcək ikinci yüksək vəzifəli şəxsdir.

M.HACIXANLI, “Xalq qəzeti”

13 Oktyabr 2021 23:49 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Oktyabr 2021 | 06:14
600 milyon avro kredit
27 Oktyabr 2021 | 05:43
Yeni paytaxt salınır
27 Oktyabr 2021 | 05:02
“Facebook”un gəliri artıb
27 Oktyabr 2021 | 04:09
Sabiq prezident vəfat edib

Köhnə versiyamızdan xəbərləri izlə