Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəki Şəhər İcra Hakimiyyəti Şəki rayonu ərazisində fəaliyyət göstərən uşaq bağçaları, körpələr evi-uşaq bağçaları üçün 2021-ci il ərzində maşın və avadanlıqların satın alınması məqsədilə elektron satınalma vasitəsilə keçirilən AÇIQ TENDERƏ DƏVƏT EDİR

Şəki Şəhər İcra Hakimiyyəti

Şəki rayonu ərazisində fəaliyyət göstərən uşaq bağçaları, körpələr evi-uşaq bağçaları üçün 2021-ci il ərzində maşın və avadanlıqların satın alınması məqsədilə elektron satınalma vasitəsilə keçirilən

AÇIQ TENDERƏ DƏVƏT EDİR

 

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə da­xil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçı­ları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 150 (bir yüz əlli ma­nat) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs- Taleh Alxasov, telefon-(02424) 4-28-70.

Təşkilat- Şəki Şəhər İcra Hakimiyyəti

H/h - AZ41C­TRE00000000000002510131

VÖEN - 3000072051

BANK-DÖVLƏT XƏZİNƏDARLIĞI AGENTLİYİ

KOD - 210005

VÖEN - 1401555071

M/h - AZ­41NABZ01360100000000003944

SWIFT - CTREAZ22

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müva­fiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- podratçının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağ­lı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası­nın Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 3 no­yabr 2021-ci il saat 11.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 15 noyabr 2021-ci il saat 13.00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.

İddiaçıların təklifləri 16 noyabr 2021-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Tender komissiyası

14 Oktyabr 2021 00:47 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
27 Oktyabr 2021 | 02:55
BİLDİRİŞ
26 Oktyabr 2021 | 00:41
BİLDİRİŞ
26 Oktyabr 2021 | 00:39
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə