Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna və Azərbaycan turizm sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

 

 

Azərbaycan Turizm Bürosu oktyabrın 12-də Ukraynanın Kiyev şəhərində keçirilən “Deluxe Travel Market” adlı vorkşopda iştirak edərək Azərbaycanın turizm imkanlarını təbliğ edib.

Vorkşopda 35 şirkətlə B2B (Biznesdən biznesə) formatında görüşlər keçirilib.

Görüşlərdə Azərbaycana ukraynalı turistlərin göndərilməsi və Azərbaycanın turizm şirkətləri ilə tərəfdaşlığın qurul­ması, eləcə də Ukrayna ilə Azərbaycan arasındakı aviauçuşlar kimi məsələlər müzakirə olunub.

Həmçinin görüş iştirakçılarına Azərbaycanda fəaliyyət göstərən hotellər, ölkədə pandemiya şəraitində ictimai məkanlarda tədbiq olunan qay­dalar haqda məlumat verilib.

Sərhədlərin açılmasından son­ra Ukrayna turizm şirkətlərinin Azərbaycanda işgüzar və müalicəvi turizm, ekoturzm və ekskursiyalar kimi turizm məhsullarına maraq göstərəcəyi bildirilib.

Qeyd edək ki, epidemioloji vəziyyətlə əlaqədar hazırda Ukray­nadan Azərbaycana səfərlərə hələlik məhdudiyyət tətbiq olunur.

“Xalq qəzeti”

14 Oktyabr 2021 00:47 -
27 Oktyabr 2021 | 04:28
Ukraynada yeni antirekord

Köhnə versiyamızdan xəbərləri izlə