Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan beynəlxalq münasibətlərdə ədalətin tərəfindədir

 

Məlum olduğu kimi, bu il oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı keçi­rilib. Azərbaycan Respublikasının Prezi­denti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev tədbirin rəsmi açılış hissəsinə sədrlik edib. Dövlətimizin başçısı toplantı­da videoformatda çıxış edərək bildirib ki, Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynayır.

Azərbaycan Prezidentinin tədbirdəki parlaq, dərin məzmunlu çıxışı hər bir vətənpərvər insan kimi, məni də çox məmnun etdi. Görünən budur ki, bu gün ölkəmiz dünya birliyinin ən hörmətli, nü­fuzlu üzvlərindən biridir. Sivil dünya gö­rür ki, Prezident İlham Əliyevin müdrik liderliyilə müstəqil Azərbaycan dünyada sülhün və təhlükəsizliyin bərqərar olun­masına çalışır və bu xeyirxah missiyaya ciddi töhfələr verir. .

Azərbaycan Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulub. O vaxtdan rəsmi qısa müddət ərzində Azərbaycan hərəkatın üzvləri arasında böyük eti­mad qazanıb. 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qo­şulmama Hərəkatının Sədri seçilib. Bu müddət sonra daha bir il uzadılıb. Bu, əlbəttə hərəkat tərəfindən Azərbaycan dövlətinə və xalqımıza göstərilən çox böyük etimaddır və ölkəmizin beynəlxalq arenada daim yüksələn nüfuzundan xəbər verir.

Qoşulmama Hərəkatının təməlində Bandunq prinsipləri dayanır. Bura suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqaları­nın daxili işlərinə qarışmama və s. daxil­dir. Prezident İlham Əliyev bu barədə çıxışında demişdir: “Bu prinsiplər müa­sir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik”.

Azərbaycan son iki ilə yaxın müddətdə dünyanı cənginə alan COVID-19 pandemiyasına qarşı mübarizədə əlindən gələni edibdir və bu istiqamətdə gərgin səylərini davam etdi­rir. Rəsmi Bakı 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsini təşkil edibdir. Yeri gəlmişkən, Zirvə Toplantısı­nın praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas huma­nitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır.

Azərbaycan, həmçinin Ümumdün­ya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə göstərilən birbaşa yardımdan ibarət olmuşdur. Bununla yanaşı, Azərbacyan koronavirusa qarşı mübarizə çərçivəsində Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti çıxışında İkinci Qarabağ müharibəsinin başlanma səbəbləri və nəticələri barədə də danışmışdır. Məlumdur ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətmişdir. Buna cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamış və torpaqlarımızı düşməndən azad etmişdir.

Azərbaycan Prezidenti bunun­la bağlı demişdir: “44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd etdiyim qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı”.

Təqdirəlayiq haldır ki, Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirlər. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-dai­mi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsi Azərbaycana birməanlı oalraq dəstək veribdir və xalqımız bunu layiqincə dəyərləndirir.

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan beynəlxalq münasibətlərdə ədalətin və hüququn tərəfindədir. Şübhə yoxdur ki, Qoşulmama Hərəkatının sədri kimi, Azərbaycan hərəkata üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini davam etdirəcək.

Qəhrəman QASIMOV,

Qubada çıxan “Şəfəq qəzeti”nin redaktoru, Əməkdar jurnalist

14 Oktyabr 2021 00:43 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə