Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Norm” ASC Qarabağ Dirçəliş Fondu tərəfindən “Qızıl” ianə sertifikatına layiq görülüb

 

 

“Norm” ASC Qarabağ Dirçəliş Fondu tərəfindən 7 oktyabr tarixində QDF-nin 2021-ci il üzrə əsas fəaliyyət istiqamətlərini və əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə təşkil edilən görüşdə iştirak edib. Tədbir Fondun Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və digər dövlət rəsmilərinin iştirakı ilə baş tutub. Görüşdə Norm şirkəti rəhbərlik səviyyəsində təmsil olunub.

İşğaldan azad olunmuş torpaq­larda quruculuq işlərinin həyata keçirilməsi və əhalinin geri qayı­dışı üçün müasir həyatın təmin edilməsi məqsədilə Norm Sement-in Qarabağ Dirçəliş Fonduna maddi dəstəyi qurum tərəfindən yüksək qiymətləndirilib və fondun rəhbərliyi tərəfindən “Norm” ASC-nin Baş İcraçı direktoru Henning Sasseyə “Qızıl” ianə sertifikatı təqdim edilib.

Qeyd edək ki, ölkəmizin abad­laşdırılması, əhalinin maddi rifahının yüksəldilməsinə daim öz töhfələrini verən “Norm” ASC cari ilin əvvəlində Qarabağ Dirçəliş Fonduna 600 min manat məbləğində vəsait köçürmüş­dür. Norm şirkətinin daxil olduğu “NEQSOL Holding”in tərkibində olan şirkətlər tərəfindən fonda ümumilikdə ianə edilmiş məbləğ isə 2 milyon manat təşkil edib.

Korporativ Sosial Məsuliyyət öhdəliyi Cənubi Qafqazın ən iri se­ment istehsalçısı olan Norm ASC-nin fəaliyyətinin əsas prinsiplərindən biridir.

“Xalq qəzeti”

13 Oktyabr 2021 23:40 -
27 Oktyabr 2021 | 04:28
Ukraynada yeni antirekord

Köhnə versiyamızdan xəbərləri izlə