Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 303               Bakı şəhəri, 11 oktyabr 2021-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il
17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə 332, № 4, maddələr 747, 748, 759, № 5, maddə 939, № 7, maddələr 1314, 1323, № 8, maddə 1473, № 12, maddələr 2047, 2055, 2061; 2020, № 1, maddə 84,
№ 2, maddələr 185, 195, 219, № 3, maddələr 345, 375, № 4, maddə 488, № 8, maddə 1130, № 10, maddə 1267; 2021, № 1, maddə 94, № 2, maddə 201, № 3, maddə 271, № 4, maddələr 392, 422; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il
9 sentyabr tarixli 253 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 7402 00 000 0, 7403 21 000 0, 7403 22 000 0,
7403 29 000 0, 7404 00 100 0, 7404 00 910 0, 7404 00 990 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütunlarında “05.09.2021-ci il tarixinədək” sözləri “31.12.2024-cü il tarixinədək” sözləri ilə əvəz edilsin;
1.2. 7403 12 000 0, 7403 13 000 0, 7403 19 000 0,
7405 00 000 0, 7407 10 000 0, 7407 29 000 0 alt yarımövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütunlarında “12.02.2022-ci il tarixinədək” sözləri “31.12.2024-cü il tarixinədək” sözləri ilə əvəz edilsin.
2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

13 Oktyabr 2021 23:25 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə