Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 302 Bakı şəhəri, 11 oktyabr 2021-ci il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Res­publikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirli­yinin təklifinə əsasən Azərbaycan Respublikası­nın Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2015, № 5, maddə 613; 2016, № 6, maddə 1200, № 12, maddə 2239; 2017, № 4, maddə 671; 2018, № 11, maddə 2430, № 12 (II kitab), maddə 2741; 2019, № 2, maddə 357; 2021, № 3, maddə 294) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublika­sında təhsil alması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndə birinci halda “səviyyələri” sözündən sonra “, habelə tədris dilini zəif bilən əcnəbilərin hazırlıq sinif və kursları” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin:

“3.1-1. Əcnəbilərin hazırlıq sinif və kurs­larına qəbulu bu Qaydaların 3.1.1-3.1.5-ci yarımbəndlərində göstərilmiş əsaslarla həyata keçirilir.”.

3. 3.4-cü bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“3.4. Bu Qaydaların 3.1.1-3.1.6-cı yarımbəndlərində qeyd olunan əsaslarla Azərbaycan Respublikasında təhsil almaq üçün müraciət edən əcnəbilər seçdikləri təhsil müəssisəsinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasi­ya Sistemi”nin (bundan sonra – TMİS) “Elektron sənəd qəbulu” altsistemi vasitəsilə elektron qay­dada müraciət edir. Həmin müraciətlər TMİS-də qeydiyyata alınır və hər bir əcnəbiyə sistemdə şəxsi kabinet açılır. Əcnəbi onun üçün açılmış şəxsi kabinetdə müraciətinin statusunu izləyə bilər. Əcnəbi TMİS-nin Elektron sənəd qəbulu altsistemində “Elektron ərizə”ni doldurur və bu müraciətə aşağıdakı sənədlərin skan olunmuş surəti əlavə edilir:”.

4. 3.4.1-ci və 3.4.5-ci yarımbəndlər ləğv edilsin.

5. Aşağıdakı məzmunda 3.4-1-ci, 3.8-ci və 4.2-1-ci bəndlər əlavə edilsin:

“3.4-1. Bu Qaydaların 3.4-cü bəndinə əsasən tələb olunan sənədlər müraciət TMİS-də qeydiyyata alındıqdan sonra müvafiq təhsil müəssisəsinə təqdim olunmalıdır.

3.8. Əcnəbilər Azərbaycan Respublikasında peşə təhsili və ümumi təhsil müəssisələrinə, habelə əyani təhsilalma formasında ali və orta ixtisas təhsili müəssisələrinə qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində ölkə ərazisində yaşamalarını təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etməlidirlər.

4.2-1. Əcnəbilərin hazırlıq sinif və kursların­da təhsili “Təhsil haqqında” Azərbaycan Res­publikası Qanununun 7.3-cü maddəsinə uyğun olaraq həyata keçirilir.”.

6. 4.4-cü bəndin birinci cümləsindən “və vətəndaşlığı olmayan şəxslərin” sözləri çıxarıl­sın.

7. 4.6-cı bəndə “orta təhsil” sözlərindən sonra “hazırlıq siniflərində və kurslarında təhsil alanlar” sözləri əlavə edilsin.

8. Qaydalara əlavə - “Azərbaycan Res­publikasının təhsil müəssisəsi ilə əcnəbi tələbə arasında ödənişli təhsil almaq haq­qında Müqavilə”nin 2.2.3-cü və 3.1.3-cü yarımbəndlərinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və müvafiq olaraq aşağıdakı məzmunda 2.2.4-cü və 3.1.4-cü yarımbəndlər əlavə edilsin:

“2.2.4. Azərbaycan Respublikasının təhsil müəssisələrinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən

90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamalarını təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim edir.

3.1.4. Azərbaycan Respublikasının ərazisində yaşamalarını təsdiq edən sənədin surətini bu Müqavilənin 2.2.4-cü yarımbəndi ilə müəyyən edilmiş müddətdə təhsil müəssisəsinə təqdim etmədikdə.”.

9. Bu Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

13 Oktyabr 2021 23:24 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə