Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biz ata-baba yurdumuza qayıdırıq

Azərbaycan Silahlı Qüvvələri işğalçı Ermənistan ordusunu darmadağın etdikdən və tarixi qələbə qazandıqdan bir həftə sonra möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse- prezident Mehriban xanım Əliyeva ilk səfəri işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına etdilər. Həmin gün ölkəmizin həyatında çox əlamətdar, tarixi bir gün kimi yaddaşlara həkk olundu. Bu səfər torpaqlarımızın 30 illik işğaldan sonra azad olunmasından, parlaq qələbəmizdən, Azərbaycan tarixinə yeni şanlı səhifə yazılmasından xəbər verirdi. Həmin gün dövlətimzin başçısı Füzuli və Cəbrayıl rayonlarında Azərbaycan bayrağını qaldırdı və Füzuli –Şuşa avtomobil yolunun təməlini qoydu.

Bununla da Qarabağda yenidənqurma –bərpa işlərinin təməli qoyuldu. Ondan sonra dövlət başçımı­zın və birinci xanımın bölgəyə səfərləri mütəmadi xarakter aldı və hər dəfə də yeni obyektlərin təməli qoyuldu. Yenidənqurma və bərpa işlərinin geniş vüsət alması hər birimizi qürurlandırır və bizi tezliklə isti ocağımıza qayıdacağımı­za ümidləndirir.

İşğaldan azad edilmiş hər bir rayon­da yenidənqurma və bərpa işləri baş plan əsasında aparılır. Dövlət başçımız bu günlərdə Cəbrayıl rayonunda olarkən bir daha vurğuladı ki, bütün işlər planlı şəkildə həyata keçiriləcək.

Onu da qeyd edim ki, müzəffər ordumuzun qələbəsindən sonra cəbrayılılarla möhtərəm Prezidentimiz ilk dəfə idi ki, görüşürdü. Bu görüşü məhz oktyabrın 4-də keçirmək xüsusi məna daşıyırdı. Çünki düz bir il əvvəl məhz oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğalçılar­dan azad etdi və bu şanlı tarixi birlikdə qeyd etmək üçün dövlətimizin başçısı Cəbrayıllıları onların öz yurduna, Vətəninə dəvət etmişdi.

Möhtərəm Prezidentimizin səfəri zamanı Memorial Kompleksin və şəhərin bərpasının təməl daşı qoyul­du. Eyni zamanda, bir sıra obyektlərin, ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi oldu. 10,5 hektar ərazini əhatə edən yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 5 bina tikiləcək və buraya 200-ə yaxın ailə, yəni 654 sakin köçürüləcək. Məhəllədə 4, 5 və 6 mərtəbəli yaşayış binaları, o cümlədən digər təyinatlı tikililər olacaq.

Həmin gün, həmçinin Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, Mərkəzi Xəstəxananın təməlqoyma mərasimi keçirilib. Səfər zamanı, Cəbrayıl rayo­nunda 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının açılışı da olub.

Məlumat üçün bildirim ki, Cəbrayıl rayonunda işğaldan əvvəl 52 min sakin yaşayırdısa, indi onların sayı 82 minə çatıb. Uzun həsrətdən sonra doğma ata- baba yurdlarına yenidən ayaq basacaq rayon sakinlərinə rahat yaşamaları üçün hər cür şərait yaradılır. Dövlətimizin başçısı ictimaiyyət nümayəndələri ilə görüşü zamanı bir daha qəti mövqeyi­ni bildirdi: “Bundan sonra cəbrayıllılar Cəbrayılda yaşayacaqlar”.

Rüstəm HƏSƏNOV,

Cəbrayıl rayonu, alim-aqronom,

Birinci Qarabağ müharibəsinin II qrup əlili

14 Oktyabr 2021 00:22 - SİYASƏT
SİYASƏT
27 Oktyabr 2021 | 17:56
Ərdoğan Makronla görüşəcək

Köhnə versiyamızdan xəbərləri izlə