Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Yol Polisi qeyri-qanuni daşımaların qarşısını almaq üçün tədbirlər görür

Avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə qeyri-qanuni fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti birgə tədbirlər keçirir.

İdarədən verilən məlumata görə, qeyri-qanuni daşımaların qarşısını almaq üçün həm paytaxtda, həm də respublikanın bütün regionlarında sərt tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Müəyyənləşdirilmiş qaydaları pozan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq, inzibati cəza tədbirləri görüləcək.

"Xalq qəzeti"

13 Oktyabr 2021 16:07 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
20 Oktyabr 2021 | 17:36
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə