Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda Qızlar Məktəbinin yaranmasının 120 illik yubileyi münasibətilə tədbir keçirilir

Oktyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılmış Qızlar Məktəbinin yaranmasının 120 illik yubileyi münasibətilə tədbir keçirilir.

 "Xalq qəzeti" xəbər verir ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, 1901-ci il oktyabrın 7-də Bakıda Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi yaradılıb. Məhz bu məktəbin məzunları Azərbaycan xalqının həyatında, onun maariflənməsində böyük rol oynayıblar.

Bahar Muradova qeyd edib ki, qızlar, onların inkişafı, təhsili və cəmiyyətin digər üzvləri ilə birlikdə hüquqlarının bərabər qorunması bütün beynəlxalq təşkilatların arzusudur. Qadınların qapalı məkandan çıxarılmasının yeganə yolu təhsildir. Azərbaycanda qızların təhsilə cəlbi ilə bağlı vacib addımlar atılır.

Sonra təhsil naziri Emin Əmrullayev, Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli çıxış ediblər.

Tədbirdə 2021-ci il ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş, aztəminatlı ailələrdən olan qızlara dəstək göstərmək məqsədilə “Gənc Qızların Təhsilinə Dəstək” Kampaniyasına qoşulmuş özəl sektor nümayəndələri, eyni zamanda, tarixçilər, dövlət qurumları və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər.

11 Oktyabr 2021 12:04 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
24 Oktyabr 2021 | 00:04
Canəli Xanəli oğlu Əkbərov

Köhnə versiyamızdan xəbərləri izlə