Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Antonio Quterreş: “Səkkiz milyard dollara ehtiyac var”

 

“Associated – Press” agentliyinin yaydığı məlumata görə, BMT-nin Baş ka­tibi Antonio Qutyerreş dünya əhalisinin 40 fa­izini ilin sonuna qədər koronavirusa qarşı peyvənd etdirmək üçün əlavə səkkiz milyard dollara ehtiyac olduğunu bildirib.

Bildirilir ki, Birləşmiş Millətlər Təşkilatının Baş kati­bi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə qlobal vaksinasiya strategiyasını təqdim edib. Antonio Quterreşin sözlərinə görə, ÜST-ün hazırladığı plana əsasən, 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40 faizini, 2022-ci ilin ortalarına qədər isə 70 faizini vaksinasiyadan keçirmək nəzərdə tutulur.

O deyib: “Bu planın müvəffəqiyyəti dünyda peyvəndlərin ədalətli paylanmasından asılıdır. Əlaqələndirilmiş və ədalətli bir yanaşma olmasa, ölkələrdə xəstəliyə yoluxanla­rın sayının azalması davamlı proses olmayacaq. Hamının xeyri üçün vaksinasiyanın bütün ölkələri əhatə etməsinə çalışmalıyıq”.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

9 Oktyabr 2021 03:39 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Noyabr 2021 | 11:12
Yeni ştamm aşkarlanıb
26 Noyabr 2021 | 11:12
Məcburi vaksinasiya

Köhnə versiyamızdan xəbərləri izlə