Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ ekspertləri Mingəçevir İcra Hakimiyyətinin fəaliyyətini müsbət qiymətləndiriblər

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində Açıq Hökumət Milli Platforması ilə əməkdaşlıqda həyata keçirilən pilot layihə olan Onlayn İctimai Nəzarət Platformasının məqsədi ictimaiyyəti narahat edən müəyyən məsələlərə dair (yol, infrastruktur, abadlıq və s.) vətəndaşlardan video və foto sübutu olan məlumatı qəbul etmək və müvafiq dövlət orqanlarında onların həllinə nail olmaqdır.

Onlayn İctimai Nəzarət Platforması və Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) iyun ayında istifadəyə verilən E-Nəzarət Platformasının (www. enezaret.az) rüblük ilkin nəticələrini açıqlayıb. Rübün nəticələrinə əsasən, vətəndaşların müraciətlərinə baxılması ilə fəal olduğu müəyyən edilən 13 dövlət qurumu arasında Mingəçevir Şəhər İcra Hakimiyyətinin də adı yer alır. Digər dövlət orqanları isə “Azərsu”, Bakı şəhər İH, Bakı Nəqliyyat Agentliyi, “Azərişıq”, Xətai İH, Dövlət Yol Polisi İdarəsi, Yasamal İH, Nizami İH, Sabunçu İH, Xəzər İH, Azərbaycan Avtomobil Yolları Agentliyi və Gəncə Şəhər İcra Hakimiyyətidir.

Bu münasibətlə Mingəçevir İcra Hakimiyyəti xüsusi diplompa təltif edilib və diplom icra hakimiyyətinin başçısı İlham İsmayılova təqdim olunub.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

9 Oktyabr 2021 03:22 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə