Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Skoda” Çexiyada avtomobil istehsalını dayandıra bilər

Avtomobil istehsalçısı şirkəti "Skoda" elektron komponentlərin çatışmazlığı səbəbindən oktyabrın 18-dən etibarən Çexiyadakı zavodlarında avtomobil istehsalını əhəmiyyətli dərəcədə azaldacaq və ya tamamilə dayandıracaq.

Şirkətin rəsmisi Tomaş Kotera jurnalistlərə açıqlamasında bildirib ki, elektron komponentlərin çatışmazlığı ilə bağlı qlobal böhran "Skoda"dan da yan keçməyib: "Oktyabrın 18-dən bu ilin sonuna qədər Çexiyadakı zavodlarda yeni avtomobillərin istehsalını əhəmiyyətli dərəcədə azaldacağıq və ya tamamilə dayandıracağıq".

Tomas Koteranın sözlərinə görə, "Şkoda"nın Çexiyadakı za­vodlarının işçiləri qarşıdakı 3 ay ərzində şirkətin meydançaların­da olan avtomobillərin yığılmasını tamamlamağa çalışacaqlar.

Nümayəndə bildirib ki, hazırda, təxminən, 50 min tamamlan­mamış avtomobil var.

“Xalq qəzeti”

9 Oktyabr 2021 02:41 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə