Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrdə indiyədək 6 nəfər uğur qazanıb

Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin II mərhələsi davam edir.

Təhsil Nazirliyindən "Xalq qəzeti"nə bildirilib ki, indiyədək keçirilən müsahibələrdə 29 namizəd iştirak edib, onlardan 6-sı uğur qazanıb.

Qeyd edək ki, oktyabrın 1-dən direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsinə start verilib. Bu mərhələyə test imtahanı nəticəsi 30 bal və daha çox olan namizədlər dəvət olunub. Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır.

Hər müsahibə gününün sonunda Təhsil Nazirliyinin rəsmi internet səhifəsindəki müvafiq bölmədə (https://edu.gov.az/az/key-services/diq-musahibe-neticeleri) həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan edilir.

Namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə (şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənəd və ona əlavənin (olduğu təqdirdə) əsli, əmək kitabçasının surəti) müsahibənin keçiriləcəyi ünvana gəlməlidirlər. Müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.

8 Oktyabr 2021 14:03 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə