Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BANM ilə Türkiyə universitetləri arasında əməkdaşlığa dair müzakirələr aparılıb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.

BANM-dən "Xalq qəzeti"nə bildiriblər ki, görüşdə E.Qasımov rəhbərlik etdiyi ali məktəbin uğurlarından danışıb. Bu il ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 tələbədən 33-nün BANM-in tələbəsi olduğunu qeyd edən rektor bildirib ki, bu, çox yüksək göstəricidir.

Səfir Cahit Bağçı Bakı Ali Neft Məktəbi kimi nüfuzlu, beynəlxalq səviyyəli bir ali təhsil müəssisəsinin fəaliyyətini yüksək qiymətləndirib.

E.Qasımov vurğulayıb ki, qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş əlaqələr mövcuddur. BANM-in rektoru Türkiyə universitetləri ilə qarşılıqlı əlaqələrin qurulmasında maraqlı olduğunu vurğulayıb.

Səfir Cahit Bağçı Bakı Ali Neft Məktəbi ilə Türkiyənin ali təhsil müəssisələrinin əməkdaşlığına dəstək verməyə hazır olduqlarını qeyd edib.

Görüşdə qarşılıqlı əməkdaşlıq, əlaqələrin yüksək səviyyədə inkişafı, Türkiyə universitetləri ilə BANM arasında birgə layihələr, ikili diplom və s. barədə müzakirələr aparılıb.

8 Oktyabr 2021 12:51 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə