Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da kriptovalyutalara nəzarət sərtləşdirilib

“Associated-Press” agentliyinin yaydığı məlumata görə, ABŞ Baş prokurorunun müavini Liza Monako ABŞ Ədliyyə Nazirliyinin kriptovalyutalara və kibercinayətlər barədə məlumat verməyən dövlət podratçılarına nəzarətin gücləndirilməsi üzrə iki yeni təşəbbüsünü təqdim edib.

L.Monakonun sözlərinə görə, artıq ölkədə kriptovalyuta sahəsində hüququn tətbiqi tədbirləri üzrə Milli Qrup işə başla­yıb. Qrupun məqsədi Ədliyyə Nazirliyinin kibercinayətkarlığın inkişafına şərait yaradan maliyyə bazarlarına qarşı mübarizə imkanlarını genişləndirməkdən ibarət olacaq. Qrupun tərkibinə çirkli pulların yuyulmasına qarşı mübarizə və kibertəhlükəsizlik üzrə mütəxəssislər daxil olacaq.

Baş prokurorun müavini deyib ki, kriptovalyuta birjaları gələcəyin bankları olmaq istəyirlər, lakin bunun üçün hər kəs sui-istifadə hallarının aradan qaldırıldığına əmin olmalıdır.

Amerika şirkətlərinə “şantajçı” proqramlarla hücum edən kibercinayətkarlar adətən pulu kriptovalyutada alırlar. Hakerlər bu ödənişləri almaq və ötürmək üçün çox vaxt fərqli kriptovalyuta xidmətlərinin birləşməsindən istifadə edərək, onları hüquq-mühafizə orqanlarından gizlətməyə kömək edirlər. Liza Monako həmçinin kiberfırıldaqçılığa qarşı mübarizə ilə bağlı təşəbbüsə start verildiyini bildirib. Bu təşəbbüs çərçivəsində dövlət podratçısı olan və federal vəsaitlər alan, lakin tövsiyə olunan kibertəhlükəsizlik stan­dartlarına riayət etməyən şirkətlərin təqib edilməsi üçün mülki hüququn tətbiqi vasitələrindən istifadə ediləcək.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

8 Oktyabr 2021 01:31 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Noyabr 2021 | 11:12
Yeni ştamm aşkarlanıb
26 Noyabr 2021 | 11:12
Məcburi vaksinasiya

Köhnə versiyamızdan xəbərləri izlə