Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ və Rusiya liderləri G-20 sammiti çərçivəsində görüşə bilərlər

Ağ ev ABŞ Prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putinin “Böyük iyirmilik” (G- 20) sammiti çərçivəsində mümkün görüşünün təşkili ilə bağlı iş aparır. Bu barədə ABŞ administrasiyasının mətbuat katibi Cen Psaki dünən keçirdiyi mətbuat konfransında bəyan edib. Məlumatı “İzvestiya.ru” verib.

 

Psaki Rusiya və ABŞ prezidentləri arasında görüşün mümkünlüyü ilə bağlı suala cavabında bildirib: “Sizə ikitərəfli görüş barədə nəsə demək üçün mənim heç bir proqnozum yoxdur. Hazırda biz bununla bağlı gündəlik iş aparırıq”.

Mətbuat katibi bildirib ki, G-20-nin Romada baş tutacaq 16-cı sammitində Çin Xalq Respublikasının sədri Si Tsin­pin iştirak edə bilməyəcək. Ancaq ÇXR sədri Prezident Baydenlə bu ilin sonuna qədər virtual görüş keçirməklə bağlı ra­zılığa gəlib. Ağ evdə inanırlar ki, ABŞ və Çin liderlərinin bu görüşü iki ölkə arasın­da vacib və bir çox hallarda münaqişəli məsələlərin həllində açar ola bilər.

Bir qədər əvvəl isə Çin bəyan etmişdi ki, ABŞ-la bir sıra məsələlər, o cümlədən iqlim dəyişikliyi üzrə daha məhsuldar münasibətlərin qurulması üçün Vaşinqton, ilk növbədə, Pekini tənqid etməyə son qoymalıdır.

Bu barədə məlumat verən ABŞ rəsmisi qeyd etmişdi: “Bizim istəyimiz Birləşmiş Ştatlar və Çin arasında dayanıqlı münasibətlər qurmaqdır ki, bu əsasda intensiv şəkildə rəqabət apara bilək. Ancaq bu zaman rəqabəti məsuliyyətlə idarə etməliyik”.

Xatırladaq ki, oktyabrın 6-da Bayden çinli həmkarı ilə Tayvandakı vəziyyəti müzakirə edib. ABŞ Prezidenti Çinin Hərbi-Hava Qüvvələrinin Tayvana məxsus hava zonasında uçuşlar həyata keçirməsi ilə bağlı suala cavabında bildirmişdi ki, Çin sədri ilə Tayvana dair müqaviləyə əməl olunması məsələsində razılaşıblar.

Paşa ƏMİRCANOV,

 “Xalq qəzeti”

8 Oktyabr 2021 01:30 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Noyabr 2021 | 11:12
Yeni ştamm aşkarlanıb
26 Noyabr 2021 | 11:12
Məcburi vaksinasiya

Köhnə versiyamızdan xəbərləri izlə