Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mövlud Çavuşoğlu: Polşa Türkiyə üçün dost və müttəfiq ölkədir

 

 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu paytaxt Varşavada Polşa Prezidenti Andjey Duda ilə görüşərək, onunla bir sıra aktual məsələləri müzakirə edib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri görüşdən sonra özünün “Twitter” səhifəsində yazıb ki, Türkiyə ilə Polşa dövlətləri ara­sında sıx dostluq və stra­teji əməkdaşlıq əlaqələri güclənməkdə davam edir. M.Çavuşoğlu məxsusi olaraq vurğulayıb ki, Polşa Türkiyə üçün dost və müttəfiq ölkədir.

Türkiyəli nazir deyib ki, onun Polşa Prezidenti ilə görüşündən hasil olan əsas qənaət budur ki, rəsmi Ankara və Varşava qarşı­lıqlı maraq kəsb edən bir çox sahələrdə, o cümlədən ticarət, müdafiə sənayesi və qeyri-leqal miqrasiyaya qarşı mübarizə istiqamətlərində səmərəli əməkdaşlığı gücləndirmək əzmindədirlər.

Qeyd etmək lazımdır ki, M.Çavuşoğlu Polşaya iki günlük səfəri çərçivəsində polşalı həmkarı Zbiqnev Rau və Polşa parlamenti­nin aşağı palatası–Seymin spikeri Elzbieta Viteklə də görüşlər keçirib. Bu görüşlər zamanı tərəflər razılıq hissi ilə bildiriblər ki, Avropa qitəsində, eləcə də qlobal səviyyədə baş verən mühüm proseslərə münasibətdə hər iki ölkə, demək olar ki, eyni, yaxud çox yaxın mövqedən çıxış edir.

Yeri gəlmişkən, Polşa Fransa və Almaniyadan fərqli olaraq, Türkiyənin Avropa İttifaqına üzv qəbul olunma­sının lehinə çıxış edir. Polşa rəsmiləri M.Çavuşoğlu ilə görüşlər zamanı Türkiyənin Aİ-də təmsil olunmağa tam haqqı olduğunu bir daha vurğulayıblar. Onlar hesab edirlər ki, Türkiyənin Aİ-yə qəbul edilməsi zəruridir, bu, təkcə Türkiyənin deyil, həm də Avropanın maraqlarına uyğundur.

Türkiyənin Xarici İşlər na­ziri 7-ci Varşava Təhlükəsizlik Forumunun işində iştirak edərək geniş məruzə ilə çıxış edib. M.Çavuşoğlu bildirib ki, Türkiyə NATO üzvü olaraq, qitənin təhlükəsizliyi ilə bağlı öhdəliklərinə sadiqdir və gələcəkdə də sadiq qalacaq. M.Çavuşoğlu Varşavada türk icmasının nümayəndələri ilə də görüşüb, onların qayğı və problemləri ilə yaxından tanış olub.

M.HACIXANLI,

“Xalq qəzeti”

8 Oktyabr 2021 01:28 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 Dekabr 2021 | 07:32
İqtisadiyyat artıb
3 Dekabr 2021 | 07:31
Qəhvənin qiyməti artıb
3 Dekabr 2021 | 07:31
Müdafiə gücləndirilir
3 Dekabr 2021 | 07:29
Alimlərin tədqiqatı

Köhnə versiyamızdan xəbərləri izlə