Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Venera planetinin tədqiqi üçün missiya göndəriləcək

BƏƏ-nin vitse– prezidenti və baş naziri, Dubay əmiri Məhəmməd bin Rəşid əl Məktum öz "Twit­ter" səhifəsində Venera planetinin və asteroidlər qurşağının tədqiq olunması üçün kosmik proqramın işə salındığını yazıb. O bildirib ki, bu proqram asteroidlərdən birinin səthinə kosmik aparatın enməsini nəzərdə tutur.

Qeyd olunur ki, missiya Venera planetinin və yeddi asteroiddən ibarət qurşağın tədqiqatını aparacaq. Missiya­nın 2028-ci ildə işə salınması planlaşdırılır.

Xatırladaq ki, 2020-ci ilin iyulunda BƏƏ Marsa "Əl- Amal" missiyasını yola salmışdı. Bu il fevralın 9-da missiya Marsın orbitinə çatıb.

Xəbəri TASS yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

7 Oktyabr 2021 09:39 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
7 Dekabr 2021 | 06:05
Yeni hərbi birləşmə
7 Dekabr 2021 | 06:04
Yanlış kəşfiyyat məlumatı
7 Dekabr 2021 | 06:04
Dünyanın turizm paytaxtı

Köhnə versiyamızdan xəbərləri izlə