Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkmənistan Prezidenti Özbəkistana səfər edib

 

 

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iki günlük səfərlə Daşkəndə gələrək, burada həmkarı Şavkat Mirziyoyev ilə bir çox aktual məsələlər üzrə müzakirələr aparıb. Bu barədə Daşkənddəki rəsmi mənbələrə istinadən “Anadolu” agentliyi məlumat yayıb.

Dövlət başçıları geniş müzakirələrdən sonra KİV nümayəndələri üçün birgə mətbuat konfransı keçiriblər. Prezidentlər bildiriblər ki, danışıqlarda Əfqanıstandakı mövcud durum əsas müzakirə mövzusu olub və hər iki ölkə bundan son­ra da Əfqanıstan xalqına yardım göstərməkdə davam edəcək.

Özbəkistan Prezidentinin fikrincə, sirr deyil ki, region­da sabitlik və təhlükəsizllik Əfqanıstandakı hadisələrin gedişatından çox asılıdır. Şavkat Mirziyoyev deyib: “Özbəkistan və Türkmənistan dövlətləri Əfqanıstanın sosial-iqtisadi inkişafını təmin etmək üçün bu ölkəyə hərtərəfli yardım göstərməyə hazırdır”.

Özbəkistan lideri həmçinin qeyd edib ki, Əfqanıstanla bir çox trans­milli layihələri davam etdirmək üçün danışıqlar aparılacaq. Onun sözlərinə görə, bu sahədə əvvəlcədən nəzərdə tutulmuş və son aylar ərzində isə məlum səbəblərdən yarımçıq qal­mış iri layihələri mütləq da­vam etdirmək lazımdır. Yeri gəlmişkən, bu iri layihələr Əfqanıstan iqtisadiyyatı­nın inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Türkmənistan Pre­zidenti Qurbanqulu Berdiməhəmmədov isə qeyd edib ki, rəsmi Aş­qabad Əfqanıstanla bağlı siyasətində Daşkəndlə, demək olar ki, eyni mövqedən çıxış edir və bu ölkədə siyasi, iqtisadi, hu­manitar vəziyyətin mümkün qədər tez yaxşılaşmasında maraqlıdır.

Siyasi təhlilçilər hesab edirlər ki, Əfqanıstanda Taliban hərəkatının hakimiyyəti ələ almasından sonra region dövlətlərinin milli təhlükəsizliyi üçün real təhlükə yaranıb.

M.HACIXANLI, “Xalq qəzeti”

7 Oktyabr 2021 09:18 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Dekabr 2021 | 10:10
Avtomobil istehsalı azalıb
1 Dekabr 2021 | 10:01
Krımda qasırğa

Köhnə versiyamızdan xəbərləri izlə