Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial şəbəkələrin çökməsi dünya iqtisadiyyatına nə qədər zərər vurub?

 

 

Oktyabrın 4-də axşam sosial şəbəkələrin çökməsi qlobal iqtisadiyyata ziyansız ötüşməyib. "NetBlocks" şirkətinin hesablamalarına görə, "Facebook", "Instagram", "Twitter", "WhatsApp" və "Facebook Messenger"in çalışmadığı hər saat dünya iqtisadiyyatında 215 milyon dollar xərc yaradıb. Həmin şəbəkələrin 3 saat ərzində çalışmamaları dünya üçün 645 milyon dollar xərc demək idi.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Dünya Bankı, ITU, Eurostat və ABŞ Statistikasının məlumatları əsasında "NetBlocks" şirkətinin apardığı hesablamalara görə, əgər internet qlobal olaraq 1 gün aktiv olmaza o zaman dünya iqtisadiyyatına 51 milyard 423 milyon dollar ziyan dəyə bilər: "Sadəcə "Facebook"un 1 gün çalışmaması isə dünya üçün 1 milyard 291 milyon dollar xərc demək olacaq. Sosial şəbəkələrin bir gün “donması” dünyada 5 milyard 165 milyon dollar xərc yarada bilər.

Qeyd edək ki, "NetBlocks" şirkəti statistik məlumatlar əsasında sosial şəbəkələrin və eləcə də internetin çalışma­masının hər bir ölkəyə vurduğu ziyanı da ayrıca hesablayır. Bu zaman ölkə iqtisadiyyatların ölçüsü əsas meyar kimi götürülür.

Son problemlərdən sonra 159 milyard dollar aktivləri olan "Facebook" şirkətinin səhmləri 5 faizə yaxın ucuzlşaraq hazırda 326 dollara təklif olunur".

Xatırladaq ki, oktyabrın 4-də Bakı vaxtı ilə 19:13-dən etibarən təxminən səhər saat 03.00-a qədər “Facebook” və “Instagram” sosial şəbəkələri, həmçinin “WhatsApp” mes­sencerinin işində problemlər yaranıb. Azərbaycan da daxil ol­maqla demək olar ki, dünyanın əksər ölkələrində istifadəçilər bu beynəlxalq platformalara daxil ola bilməyiblər.

“Xalq qəzeti”

6 Oktyabr 2021 00:42 - TEXNİKA
TEXNİKA
1 Dekabr 2021 | 17:34
“SpaceX” müflis ola bilər

Köhnə versiyamızdan xəbərləri izlə