Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Beynəlxalq Müəllimlər Günü qeyd olunub

 

5 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev ali təhsil ocağının pedaqoji heyətini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğur­lar arzulayıb. B.Salayev bildirib ki, müəllimlər çətin, eyni zamanda, şərəfli peşə sahibləri olmaqla, gənc nəslin tərbiyəsində, onların dünya görüşünün formalaşmasında böyük rola malikdirlər. Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyevin “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insan­lardır” kəlamını xatırladan rəis B.Salayev müəllim əməyinin əhəmiyyətindən danışıb. B.Salayev Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyevin də hər zaman Azərbaycan müəlliminə yüksək qiymət verdiyini xatırladaraq, ölkəmizdə təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışıb.

Sonra Akademiya rəisinin Beynəlxalq Müəllimər Günü münasibətilə ali təhsil müəssisəsinin fəaliyyətlərində xüsusilə fərqlənmiş bir qrup professor və müəllimləri barədə həvəsləndirmə tədbirlərinin tətbiq edilməsinə dair imzaladığı əmr oxunub.

Tədbirdə Akademiyanın professor və müəllim heyətini təbrik edən FHN Regio­nal mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə idarəsinin rəisi Azadi Qu­liyev müəllimlik peşəsinin nü­fuzundan və əhəmiyyətindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pedaqoji fəaliyyətə böyük qayğı və diqqətindən danışıb.

Fövqəladə Hallar Nazirliyi Katibliyinin əməkdaşı dosent Afət Qurbanov Akademiyanın uğurlu fəaliyyətindən, kursant­ların kadr kimi yetişdirilməsində müəllimlərin əvəzsiz rolundan, təhsil işçilərinə göstərilən hərtərəfli dövlət qayğısından söz açıb, onları təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.

Akademiyanın Humanitar fənlər fakültəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Fizuli İbrahimzadə və Hərbi kafedrasının müəllimi leytenant Habil Hüseynov Beynəlxalq Müəllimlər Günü ilə bağlı çıxış edib, bu əlamətdar günün əhəmiyyətindən danışıblar.

6 Oktyabr 2021 00:28 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə