Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona telefonla zəng edib.

Dövlətimizin başçıçı Emoməli Rəhmonu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və ölkənin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Tacikistan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edib, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsi aparıblar.

5 Oktyabr 2021 13:00 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə