Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN əməliyyat görüntüləri yayıb - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

"Xalq qəzeti" FHN-in saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib, həmçinin Bakı şəhərinin Nərimanov rayonunda 1957-ci il təvəllüdlü Əhmədov Zahid Azay oğlunun meyiti mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib, yanğın zamanı 1 nəfər xəsarət alıb.

Bundan əlavə, Sumqayıt və Astara şəhərlərində intensiv yağışlar nəticəsində bəzi ərazilərdə yaranmış fəsadların aradan qaldırılması təmin olunub.

30 Sentyabr 2021 11:57 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə