Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəhrəmanlar unudulmur

 

 

Azərbaycan Turizm və Menecment Universitetində 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “27 sentyabr Azərbaycanda anım günüdür” adlı onlayn tədbir keçirilib.

Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla qeyd olunduqdan sonra rektor İlham Mədətov çıxış edib. Qeyd edək ki, anım tədbirində universitetin rektoru, akademik və inzibati heyət, həmçinin tələbə və məzunlar iştirak ediblər. İlham Mədətov çıxışına: – ”2020-ci ilin 27 sentyabrı haqq savaşımızda Azərbaycan xalqının qəhrəmanlıq tarixinə qanımızla “qalib ölkə” statusunu imzaladığımız gün kimi yazıldı desək, səhv etmərik” – sözləri ilə başlayıb. Sonra fikirlərinə əlavə olaraq, bunları deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarix­li sərancamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə sonsuz ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcək”.

İlham Mədətov dövlət başçımızın fikirlərini xatırladaraq deyib ki, Preziden­timiz İlham Əliyevin də dediyi kimi 30 il ərzində torpaqlarımızın işğal altında olma­sı böyük ədalətsizlik idi. Torpaqlarımızın işğalı beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Son illər ərzində dəfələrlə bəyan olunurdu ki, Azərbaycan xalqı mövcud vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olur­sa, olsun öz doğma torpaqlarını işğalçılar­dan azad edəcək və belə də oldu. Rektor Azərbaycan Ordusunun erməni işğalçı­larını öz tarixi torpaqlarımızdan qovaraq, ərazi bütövlüyümüzü bərpa etməsindən qürur duyduğunu bildirdi.

Rektor II Qarabağ müharibəsində ATMU-nun tələbə və məzunlarının da şücaət göstərdiklərini tədbir iştirak­çılarının diqqətinə çatdırıb. Bildirib ki, universitetin menecment ixtisasının məzunu Məhəmmədəli Həsənzadə noyabr ayının 6- da Xocəvənd uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Yasin Səməndərov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək qazi olub. Ümumilikdə, 100 nəfərdən artıq tələbə və məzunumuz müharibədə iştirak edib, onlardan 70 nəfərə yaxını Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə müvafiq medallara layiq görülüblər.

Haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən məzunlarımızdan Kamran Mirzəyev və Qadir Yaqublu tədbirdə döyüş yolların­dan söz açıblar. Mübariz oğullarımızın qəhrəmanlıqlarından, xalqın ön cəbhəyə böyük dəstəyindən qürür hissi ilə bəhs ediblər.

Tədbirin sonunda İlham Mədətov şərəfli tariximizin gələcək nəsillərin yadda­şında daima qalacağınıa inandığını deyib. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa arzulayıb.

Z.BƏŞİRQIZI,

“Xalq qəzeti”

29 Sentyabr 2021 00:18 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə