Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən müharibəsi şəhidlərimizin xatirəsi Barselonada da yad edilib

 

 

Sentyabrın 27-də İspaniyanın Barselona şəhərində Vətən müharibəsində həlak olan şəhidlərimizin anım mərasimi keçirilib. Anım mərasimində şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan İspaniyada­kı azərbaycanlı icmasının nümayəndəsi, Barselona “Azərbaycan Evi” mərkəzinin sədri Kərim Kərimov qeyd edib ki, 27 sent­yabr Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub. O bildirib ki, ölkəmizin ərazi bütövlü­yü uğrunda mübarizədə şəhid olmuş bütün qardaş və bacılarımızın əziz xatirəsi hara­da yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının ürəyində əbədi qalacaq.

Sonra tədbirdə iştirak edən Azərbaycan və yerli ispan icmalarının üzvləri Qaraba­ğın işğal tarixinə, ermənilərin təcavüzkar siyasətinə nəzər salaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qara­bağ savaşında göstərdiyi şücaətlə fəxr etdiklərini, xalqımızın gücünü bütün dünyaya göstərdiyini bildiriblər.

Tədbir çərçivəsində İkinci Qarabağ müharibəsinin döyüş səhnələrini, xalqımızın Vətən uğrunda birliyini, həmrəyliyini və digər mühüm məqamları əks etdirən videoçarx və fotosərgi nümayiş etdirilib.

Nigar CƏFƏRLİ,

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

29 Sentyabr 2021 00:14 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə