Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransanın tədqiqat mərkəzlərinin nümayəndələri Vətən müharibəsinin geosiyasi nəticələri barədə məlumatlandırılıb

 

Fransada fəaliyyət göstərən tədqiqat mərkəzlərinin nümayəndələri ilə 44 günlük Vətən müharibəsinin geosiyasi və geoiqtisadi nəticələrinə həsr edilmiş görüş keçirilib.

Milli Sənayenin Təşviqi Cəmiyyətinin qərargahında təşkil olunmuş görüşdə ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev və UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Elman Abdullayev Azərbaycan reallıqları, ölkəmizdəki proseslərin bölgəyə təsiri və gələcək regional inkişaf haqqında məlumat veriblər.

Görüşdə 44 günlük Vətən müharibəsindən keçən müddət ərzində baş verən hadisələrin dinamik inkişafı, Cənubi Qafqazda dayanıqlı sülh, sabitlik məsələləri müzakirə edilib.

Bir il əvvəl münaqişə, hərbi əməliyyatlar gedən Qarabağda ar­tıq atəşkəs bəyanatı imzalandıqdan sonra bu sənədin şərtlərinin həyata keçirilməsinə, sabitliyin bərpasına, eləcə də Ermənistan silahlı qüvvələri tərəfindən darmadağın edilmiş kənd və şəhərlərin yerində “ağıllı kənd” və “ağıllı şəhər”lərin tikintisinə başlandığı, ümumiyyətlə, regionda yeni proseslərin və iqtisadi inkişafın start götürdüyü vurğulanıb.

Tədbirdə Azərbaycan-Fransa ikitərəfli münasibətləri, UNESCO-nun texniki missiyasının işğaldan azad edil­miş ərazilərə göndərilməsi məsələlərinə toxunulub.

Sonda fransız tədqiqatçıların sualları cavablandırılıb.

Şəhla AĞALAROVA,

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

29 Sentyabr 2021 00:02 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə