Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabahdan kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başlanır

Sabahdan həm ümumi (9 illik), həm də tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlanır.

Dövlət İmtahan Mərkəzindən "Xalq qəzeti"nə bildirilib ki, ixtisas seçimi sentyabrın 29-dan oktyabrın 3-dək internet vasitəsilə aparılacaq.

Xatırladaq ki, DİM 9 və 11 illik orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi ilə bağlı “Abituriyent” jurnalının 11-ci nömrəsini və jurnalın xüsusi buraxılışını nəşr edib.

28 Sentyabr 2021 15:42 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə