Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək

Azərbaycanda sentyabrın 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-17°, gündüz 19-21° isti olacaq.

Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 29-30-da Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-16°, gündüz 17-22° isti, dağlarda gecə 4-8°, gündüz 8-13° isti olacağı ehtimal edilir.

28 Sentyabr 2021 14:35 - EKOLOGİYA
EKOLOGİYA
16 Oktyabr 2021 | 18:15
Sabahın HAVA PROQNOZU
15 Oktyabr 2021 | 18:40
ETSN: Dağlara qar yağacaq
15 Oktyabr 2021 | 18:19
Sabahın HAVA PROQNOZU
15 Oktyabr 2021 | 10:47
Xəzərdə zəlzələ olub
14 Oktyabr 2021 | 18:05
Sabahın HAVA PROQNOZU
13 Oktyabr 2021 | 18:09
Sabahın HAVA PROQNOZU
12 Oktyabr 2021 | 18:10
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə