Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 518-ə, təqdim etdikləri vakansiya sayı 2646-ə çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”nda iştirak edən işəgötürənlərin sayı artaraq 518-ə çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, Vətən müharibəsində yaralanmış qazilərimizin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyan marafona qoşulan işəgötürənlərin 272-i dövlət, 246-ı özəl müəssisələrdir.

Onlar tərəfindən marafona 2646 vakansiya təqdim edilib.

Vakansiyalar üzrə verilən göndərişlər əsasında 773 nəfər (o cümlədən 133 şəhid ailəsi üzvü və 640 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olanlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

28 Sentyabr 2021 14:12 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə