Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADY: Abşeron Dairəvi Dəmir Yolu üzrə qatarlar həftəsonları hərəkətdə olacaq

Həftəsonu ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti oktyabrın 1-dən bərpa edildiyindən, şənbə və bazar günləri Abşeron Dairəvi Dəmir Yolu üzrə qatarlar da hərəkətdə olacaq.

Bu barədə “Xalq qəzeti”nə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib.

Məlumata görə, qatarların hərəkət qrafiki ilə rəsmi sayt və sosial şəbəkə hesablarımızda tanış ola bilərsiniz.

Xatırladaq ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.

28 Sentyabr 2021 12:07 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə