Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyada 6 milyard dozadan çox peyvənd vurulub

TASS İnformasiya Agentliyinin yaydığı məlumata görə, dünyada koronavirus əleyhinə vurulan peyvənd dozalarının sayı 6 milyardı ötüb. Onlardan yarıdan çoxu üç ölkənin – Çin (2,18 mil­yard), Hindistan (0,84 milyard) və ABŞ-ın (0,4 milyard) payına düşür.

Agentlik qeyd edir ki, müvafiq hesablama hakimiyyət orqanlarının rəsmi məlumatlarına və KİV-lərdə yer alan statistika əsasında aparılıb.

Bildirilir ki, hazırda dün­yada koronavirus əleyhinə 6,002 milyard vaksin dozası vurulub. Lakin tam vaksinasi­ya kursunu keçən insanların sayını hesablamaq hələ mümkün deyil. Belə ki, bir çox ölkələr yalnız vurulan peyvənd dozalarının ümumi sayı barədə məlumat verir.

İspaniya, Malta, İslandiya, Portuqaliya, Birləşmiş Ərəb Əmirlikləri və Seyşel adaları kimi ölkələrdə əhalinin 75 faizdən çoxu azı bir vaksin dozası əldə edib.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Qebreyesus sentyabr ayının sonunadək dünyanın 50 ölkəsi, xüsusən Afrika dövlətləri üzrə əhalinin, ən azı, 10 faizinin koro­navirus əleyhinə peyvənd olunması barədə qurumun qarşıya qoyduğu məqsədə çata bilmədiyini deyib.

Qeyd edək ki, “Bloom­berg” agentliyi ekspertlərinin hesablamalarına görə, indiyə qədər dünya üzrə istehsal olunan peyvəndlər insanla­rın 38,7 faizinin vaksinasiya olunmasına kifayət edir və hazırda vaksinasiyanın orta tempi gün ərzində 33 milyon dozadır. Bu temp qorunub saxlanarsa, qarşıdakı altı ay ərzində dünya əhalisinin 75 faizini peyvəndləmək müm­kün olar.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

28 Sentyabr 2021 01:14 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
17 Oktyabr 2021 | 01:20
Türk dili tədris ediləcək
17 Oktyabr 2021 | 01:18
Rusiyada yoluxma artır
16 Oktyabr 2021 | 00:51
Afinada güclü fırtına
16 Oktyabr 2021 | 00:49
Əfqanıstanda güclü partlayış
15 Oktyabr 2021 | 23:58
PUA-lara tələbat artır

Köhnə versiyamızdan xəbərləri izlə