Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniya parlamentinə seçkilərdə sosial-demokratlar qalib gəlib

 

 

Bazar günü Almaniyada Bundestaqa 20-ci çağırış seçkilər keçirilib. Seçkidə 25,7 faiz səslə Sosial-Demokrat Partiyası qalib gəlib. Bu barədə Federal Seçki Komissiyasının seçki­nin nəticələri ilə bağlı elan etdiyi ilkin məlumatda bildirilir. İnformasiyanı “Anadolu” verib.

Sosial-Demokrat Partiyası 2017-ci ildəki səslərlə müqayisədə 5,2 faiz artıq səs qazanıb. Bu, 2002-ci ildən bəri sosial-demokratların ilk qələbəsidir.

Almaniya parlamentinə seçkilərdə ikinci yeri Xristian- Demokrat İttifaqı–Xristian- Sosialistlər İttifaqı bloku tutur. Onlara seçicilərin 24,1 faizi səs verib. Bu, blokun İkinci Dünya müharibəsindən sonra ən az səs topladığı ümumxalq seçkisidir.

Sonrakı yerdə 14,8 faiz səslə “İttifaq-90”–“Yaşıllar” bloku qərarlaşıb. Bu, blokun yarandığı gündən bəri tarixi ərzində ən çox səs qazandığı seçkidir.

Seçki Komissiyasının açıqladığı rəsmi məlumata görə, Sosial-Demokrat Partiyası Bundestaqda 206 yerə, Xristian-Demokrat İttifaqı–Xristian-Sosialistlər İttifaqı bloku 196 yerə, “İttifaq-90”–“Yaşıllar” bloku 118 yerə, “Azad demokratlar” 92 yerə, “Almaniya üçün alternativ” 83 yerə, Sol Partiya 39 yerə sahib olacaq.

Almaniya mətbuatının yazdığına görə, ölkə Merkelsiz gələcəyini müəyyən edəcək. Hazırkı Kansler Angela Merkel son 16 il ərzində ilk dəfə parlament seçkilərində iştirak etməyib.

Federal kansler postuna Almaniyanın mühafizəkar Xristian-Demokrat İttifaqı– Xristian-Sosialistlər İttifaqından 60 yaşlı Armin Laşet, Sosial-Demokrat Partiyasından maliyyə naziri, 63 yaşlı Olaf Şolts və “İttifaq- 90”–“Yaşıllar” blokundan 40 yaşlı Annalena Berbok iddialıdırlar.

Son günlərdə keçirilmiş rəy sorğularının nəticələrinə əsasən, əsas mübarizə sosial-demokratlarla Xristian- Demokrat İttifaqı–Xristian- Sosialistlər İttifaqı arasında gedəcək.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

28 Sentyabr 2021 01:13 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
17 Oktyabr 2021 | 01:20
Türk dili tədris ediləcək
17 Oktyabr 2021 | 01:18
Rusiyada yoluxma artır
16 Oktyabr 2021 | 00:51
Afinada güclü fırtına
16 Oktyabr 2021 | 00:49
Əfqanıstanda güclü partlayış
15 Oktyabr 2021 | 23:58
PUA-lara tələbat artır

Köhnə versiyamızdan xəbərləri izlə