Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsi cari təmir işləri üçün inşaat materiallarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

 

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.

Lot-1. Cari təmir işləri üçün inşaat materialla­rının satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 31-nə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs- Məmmədov Adil Vəli oğlu.

Ünvan-Yevlax rayonu, Aran qəsəbəsi.

E-mail: [email protected]

Tel- 022335-12-52

Maraqlananlar tenderin əsas şərtlər toplusu­nu (əsas şərtlər toplusu Azərbaycan dilində hazır­lanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 100 (bir yüz) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri-

• YUXARI QARABAĞ KANALI İSTİSMARI İDARƏSİ

• VÖEN- 2200077751

• H/h- AZ64CTRE00000000000002355002

• Bank-Dövlət Xəzinədarlığı Agentliyi

• VÖEN-1401555071

• Kod- 210005

• M/h-AZ41NABZ01350100000000003944

• S.W.İ.F.T: CTREAZ22

Malgöndərənlər (podratçılar) iddiaçı statu­su almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.

1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.

2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).

3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti ten­der təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır).

4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi.

Malgöndərənin (podratçının) mikro, kiçik və orta sahibkarlıq subyektlərinə uyğun olması barədə Dövlət Statistika Komitəsindən arayış.

Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb edilən sənədlərdə və formalarda təqdim olunmalıdır).

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar.

- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçı­ların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olması barədə rəsmi arayış;

- Sosial Müdafiə Fonduna borcu olub-olma­ması barədə arayış;

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 20 oktyabr 2021-ci il saat 15.00-a kimi tender komissiyası­na dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini və bank təminatını 28 oktyabr 2021-ci il saat 15.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 29 oktyabr 2021-ci il saat 15.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

28 Sentyabr 2021 01:11 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
16 Oktyabr 2021 | 00:44
BİLDİRİŞ
16 Oktyabr 2021 | 00:42
BİLDİRİŞ
16 Oktyabr 2021 | 00:42
BİLDİRİŞ
13 Oktyabr 2021 | 23:48
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə