Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhidlərin əziz xatirəsi qədirbilənliklə yad edilib

Şəmkirdə şəhidlərin xatirəsinə abidə kompleksi açılıb

Şəmkirdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Anım Günü tədbiri keçirilib.

Tədbirdə icra hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə uzunlu­ğu 50 metr olan Azərbaycan bay­rağını rayon mərkəzindən Şəhidlər xiyabanına gətiriblər.

Daha sonra Şəhidlər xiyabanın­da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizin xatirəsinə ucaldıl­mış Abidə Kompleksinin açılışı olub, önünə əklil qoyulub.

Açılış mərasimində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bildi­rib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğa­landıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-nin ölkəmizdə Anım Günü kimi qeyd olunması təsadüfi deyil. Çünki həmin tarixdən başlana 44 günlük müharibə Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın məğrurluğunun, yenilməzliyinin, torpağa bağlılığının, Vətən sevgisinin təqdimatı olub.

Rəşad Tağıyev Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi ərzində yetişən gənclərin torpaqlarımızın işğaldan azad olunmasında əsas rol oynadıqlarını xüsusi vurğulayıb:

– Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsində əsas vəzifəni yerinə yetirən gənc nəsil arasında Şəmkir gəncləri də var idi. 44 günlük müharibənin əsas qəhrəmanlarından olan məhz həmin gənclər, hərbçilər fədakarlıq və qəhrəmanlıqları ilə tarix yazıblar.

Daha sonra isə şəhid övladlarının təqdimatında şəhidlərin xatirəsinə həsr edilmiş əbədi-bədii kompozisi­ya təqdim olunub, “Vətən var olsun” flaşmobu təqdim edilib, ağacəkmə aksiyası keçirilib.

Həmin gün sakinlər tərəfindən Şəmkir şəhərinin bəzi küçə və prospektlərində eyvanlardan, həyatyanı evlərin qapılarından bay­raqlar asılaraq həmrəylik nümayiş etdirilib.

Tovuzda şəhidlərin xatirəsini ağac əkməklə yad etdilər…

27 sentyabr Anım Günü əfərəsində Tovuzda ağacəkmə aksiyası təşkil olunmuşdur. Aksiya Tovuz şəhəri, Aşağı Mülkülü, Cəlilli, Düz Cırdaxan, Aşağı Quşçu, Dönük Qırıqlı, Hacıalılı, Bayramlı, Ağdam və Koxanəbi kəndlərinin ərazilərini əhatə etmişdir.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun, hü­quq mühafizə orqanları rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, əmək kollektivlərinin və rayon ictimaiyyəti nümayəndələrinin, könüllülərin iştirak etdiyi aksiyada 600-dən çox müxtəliv növ ağac əkilmişdir.

İcra hakimiyyətinin başcısı Məmməd Məmmədov ağacəkmə askiyasında iştirak edən şəhid ailələri ilə söhbət apararkən bildirmişdir ki, Vətən uğrunda döyüşlərdə canların­dan keçmiş igidlərimizin həyat yolu və qəhrəmanlığı hər bir tovuzlu gənc üçün örnəkdir.

Şəhid ailələrinin üzvləri övlad­larının əziz xatirəsinin yad olun­ması üçün təşkil olunan müxtəlif təqdirəlayiq tədbirlərə görə müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildirmişlər.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

28 Sentyabr 2021 01:10 -

Köhnə versiyamızdan xəbərləri izlə