Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naftalanda milli qürur günündə silsilə tədbirlər

 

 

27 sentyabr-Anım Günü ilə əlaqədar Naftalan şəhərində tədbir təşkil olunub. Tədbirdə ŞİH başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə ucal­dılmış Memorial Kompleks ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub, gül dəstələri düzülüb.

Tədbir daha sonra Heydər Əliyev Mərkəzində davam etdirilib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Şəhər icra hakimiyyətinin başçısı Vüqar Novru­zov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goran­boy şöbəsinin rəisi Abdin Rüstəmov və şəhid ailəsi adından Zülfümar Nuriyeva burada çıxış ediblər.

Tədbirin sonunda “Dəmir Yumruğun tarixi zəfəri” sənədli filmi nümayiş olunub.

Həmin gün eyni zamanda şəhər ərazisində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

28 Sentyabr 2021 01:09 - SİYASƏT
SİYASƏT
17 Oktyabr 2021 | 00:53
Tariximizin şanlı səhifəsi

Köhnə versiyamızdan xəbərləri izlə