Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Döyüş dostlarını özündən çox qoruyurdu

 

 

Ailəsinin, dostlarının, əsgər yoldaşlarının onun haqqında danışdıqları­nı dinləyəndə Mehracın vəsfində diqqəti çəkən ilk söz “vətənpərvər” sözü olur. Onunla çiyin-çiyinə vuru­şan yoldaşları deyirlər ki, o, yoldaşlarını özündən çox istəyirdi. Döyüşlər zamanı da hər zaman hər kəsdən öncə o irəli atılardı. Mehrac sonuncu dəfə oktyabrın 21-i günorta saat 12-də telefonla əlaqə yaratmışdır. Həmin telefon zəngindən sonra Mehracla əlaqə yaratmaq mümkün olmayıb.

Müharibə bitdi. Azərbaycan Ordusu Vətən müharibəsində zəfər qazandı, torpaqlarımız işğaldan azad edildi. Nisgilli qələbə sevinci yaşayan Əhədovlar ailəsi, qəlblərində ümid oğulla­rından gələcək şad xəbəri gözləyirdilər. Lakin, no­yabrın 26-da Mehracın qəhrəmancasına şəhid olduğu xəbəri gəlir.

Sonradan məlum olur ki, Mehrac İntiqam oğlu Əhədov 2020-ci il oktyab­rın 22-də gecə saat 3-4 radələrində Füzuli rayonu­nun Gecəgözlü kəndində şəhidlik zirvəsinə ucalmışdır.

Mehrac Əhədov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif olunmuşdur. Allah rəhmət etsin!

İmran ƏLİYEV,

“Xalq qəzeti”

28 Sentyabr 2021 01:05 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə