Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qarabağ Azərbaycandır! – 44 günlük II Qarabağ müharibəsi” adlı elektron məlumat bazası yaradılıb

 

 

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyab­rın 27-dən başlayan növbəti hərbi təcavüz cəhdinə ca­vab olaraq, Azərbaycan Ordusu işğal altındakı torpaq­larımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri canı-qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azad olunmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalandırılması, ölkə rəhbərinin böyük sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Qarabağ Azərbaycandır! – 44 günlük II Qarabağ müharibəsi” adlı elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası “Rəsmi sənədlər”, “İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir”, “Düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı”, “II Qarabağ müharibəsi şəhidləri”, “Nəşrlər”, “II Qa­rabağ müharibəsinin xatirəsinin əbədiləşdirilməsi”, “Müharibə iştirakçılarına verilən orden və medallar”, “Erməni terroru”, “Videoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Qarabaq.muharibesi/index.html linkindən istifadə edə bilərlər.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

28 Sentyabr 2021 01:04 - SİYASƏT
SİYASƏT
17 Oktyabr 2021 | 00:53
Tariximizin şanlı səhifəsi

Köhnə versiyamızdan xəbərləri izlə